Suallarınız?
Ən çox verilən suallar
Bəzən onu püstə ilə qarışdırırlar, amma biz əzmələrimizi yer fıstığından (araxis) hazırlayırıq. Əvvəlcə çiy yer fıstığını qovururuq və sonra qovrulmuş fıstığı özümüzə məxsus üsulla əzməyə çeviririk — nəticədə təbii, axışqan teksturalı bir qida alınır. Arachis Baku olaraq tərkibə çox həssas yanaşırıq: məhsullarımızda süni şəkər, palm yağı, konservant və ya digər kimyəvi qatqılar yoxdur.
Bir qaşıqda kifayət qədər dəyər var: yüksək protein, sağlam yağlar, lif, E vitamini, maqnezium, kalium və antioksidantlar. Bu da əzələlərin qidalanması və bərpası, uzunmüddətli toxluq, ürək sağlamlığı və sabit enerji deməkdir. Sağlam qidalananların və müntəzəm idman edənlərin qidalanma planında ön sırada olması da təsadüfi deyil — həm dadlı, həm doyurucu, həm də faydalıdır.
Sağlam bir balans üçün gündə 2-3 xörək qaşığı optimaldır. Aktiv idmanla məşğul olursunuzsa, bu miqdarı 4-5 qaşığa qədər qaldıra bilərsiniz. Unutmayın ki, məhsulumuz yüksək enerjilidir (100 qramda təxminən 580-600 kalori). Sizin üçün ən doğru miqdarı tapmaq üçün saytımızdakı Kalori Kalkulyatoruna keçid edərək gündəlik ehtiyacınızı hesablaya bilərsiniz.
Bəli, hətta yeməyiniz tövsiyə olunur. Zəngin lif və protein tərkibi sayəsində sizi uzun müddət tox saxlayacaq və “şirniyyat krizləri”nin qarşısını alacaq. Gündə 1-2 qaşıq tövsiyə edirik; daha dəqiq rəqəm üçün kalori kalkulyatorundan istifadə edə bilərsiniz.
Allergiya riski olmayan, 3 yaşdan yuxarı uşaqlar üçün bu təbii tərkib faydalı hesab oluna bilər. Xüsusilə, şokoladlı çeşidimiz balaca dostlarımızın sevimlisidir. Tərkib tam təbiidir: Palma yağı, şəkər istifadə olunmayıb. Əvəzində tərkibində kakao yağı və stevia mövcuddur.
Həzm sisteminiz həssasdırsa və ya çərəzlərə qarşı allergiyanız varsa, məhsullarımızı istifadə etməyin. Hər hansı qida allergiyası şübhəsində mütləq həkiminizlə məsləhətləşin.
İstər qaşıqlayaraq günün istənilən saatında enerjinizi bərpa edin, istər səhər yeməyində çörək və ya xlebçi üzərinə yaxın, istərsə də fit kokteyllərinizə və dietik şirniyyatlarınıza əlavə edin. Bol proteinli desert və kokteyllər üçün “Reseptlər” səhifəmizə keçid edin.
Bu tamamilə sizin ağız dadınızdan, kalori ehtiyacınızdan və məqsədinizdən asılıdır. Seçim etməkdə çətinlik çəkirsinizsə, sizin üçün xüsusi hazırladığımız bölməsindən istifadə edərək sizin üçün uyğun çeşidi saniyələr içində tapa bilərsiniz.
Xeyr. Fıstıq əzməsini təbii balla qarışdırdıqda məhsul çox bərkiyir və o sevdiyiniz axışqan teksturasını itirir. Buna görə də, bu çeşidimizdə AQTA standartlarına tam cavab verən keyfiyyətli market ballardan istifadə edirik. “Təbii Enerji Qidası” məhsulumuzda yalnız və yalnız təbii Gədəbəy balından istifadə olunur.
Məhsullarımız sifariş əsasında hazırlanır və təhvil verildikdən sonra 3 ay ərzində istifadə oluna bilər. Məhsulu sərin və quru istənilən yerdə saxlaya bilərsiniz, lakin teksturasını və təbiiliyini ən yaxşı şəkildə qoruması üçün soyuducuda saxlamağınız tövsiyə olunur.
Böyük zavod deyilik, amma ev şəraitində də istehsal etmirik. AQTA qeydiyyatlı və gigiyena qaydalarına ciddi riayət olunan öz istehsal müəssisəmiz mövcuddur və məhsullar bu müəssisədə hazırlanır.
Hazırda fiziki mağazamız yoxdur — yalnız çatdırılma əsaslı fəaliyyət göstəririk. Bu, bilərəkdən seçdiyimiz yoldur. Çünki, standart mağaza modelində məhsul həftələrlə rəfdə gözləyir; biz isə stok tutmuruq və hər sifarişi yalnız siz təsdiqlədikdən sonra hazırlayıb birbaşa ünvanınıza çatdırırıq. Beləcə, süfrənizə çatan bütün məhsullar həmişə ən təzə halında olur.
Məhsullar Bakı daxilində çatdırılma 1 iş gününü keçməməklə çatdırılır. 28 May və Memar Əcəmi metro stansiyalarına ödənişsiz, digər metrostansiyalara 1.2 ₼ , ünvana çatdırılma isə məsafədən asılı olaraq 2 ₼ -dən başlayır və ünvana görə dəyişir. Ünvana çatdırılma məbləğini öyrənmək üçün bizə yazın. Bölgələrə də 1-3 iş günü ərzində çatdırılır.
Bəli. Hazırda bir sıra coffee shop, şirniyyat istehsal müəssisəsi, restoran, hotel və idman zalı ilə əməkdaşlıq edirik. Korporativ qiymət təklifi və kataloq üçün bizə yazın.
Bəli, tamamilə şəkərsizdir. Əzməmizin tərkibində yüksək keyfiyyətli 'Pobeda' markalı stevialı dietik şokoladdan istifadə olunur, ona görə şokoladlı fıstıq əzməsi tam şəkərsizdir və balaca dostlarımız rahatlıqla istifadə edə bilər.
Bəli. Biz həftənin 7 günü həm sifarişlərinizi qəbul edir, həm də ünvanınıza çatdırırıq.
Daha çox sualınız varmı? WhatsApp-dan yazın