Fit Pankeyk
Əlavə şəkərsiz, aşağı kalorili və klassik pankeyklərə sağlam bir alternativ reseptdir. Stevialı fıstıq əzməsi sayəsində həm təbii şirinlik, həm də yumşaq bir tekstura əldə edilir. İdman öncəsi və ya həftəsonu səhər yeməkləri üçün yüngül və qidalı bir seçimdir.
Hazırlanma10 dəq.
Porsiya1-2
Kalori310
Protein16g

Tərkib
- 1 ədəd yumurta
- 3 xörək qaşığı yulaf unu
- 1 xörək qaşığı fıstıq əzməsi
- 50 ml süd
- 0.5 çay qaşığı qabartma tozu
İstifadə olunan məhsul

Stevialı Fıstıq Əzməsi
22 AZN · 1kq
Hazırlanma
- 1
Yumurta, süd və stevialı fıstıq əzməsini bir qabda çırpın.
- 2
Yulaf unu və qabartma tozunu əlavə edib homogen kütlə alınana qədər qarışdırın.
- 3
Yapışmayan tavanı qızdırın (çox az zeytun yağı çəkə bilərsiniz).
- 4
Xəmirdən xırda porsiyalarla tavaya töküb, hər iki üzünü yüngül qızarana qədər bişirin.
- 5
Hazır olan pankeyklərin üzərinə fıstıq əzməsi sürtərək nuş edin.
💡 Faydalı məsləhətlər
- •Pankeykin üzərində qabarcıqlar yaranmağa başlayanda onu çevirməyin tam vaxtıdır.


